AiDP: "Zəlzələdən zərərəçəkənlərə yardım üçün mərkəz yaratmalıyıq"

img

13-08-2012 [02:21]


AİDP sədri Tahir Abbaslı Cənubi Azərbaycanda baş verən zəlzələdə yaxınlarını itirən bütün şəxslərə baş sağlığı verib. Partiya sədri bildirib ki, bu hadisə Şimali Azərbaycanda yaşayan Azərbaycan türklərini də sarsıdıb: "Amma biz yalnız başsağlığı, yaxud kədərlənməklə işimizi bitmiş hesab etməmliyik. Bu mənada Azərbaycanın cənuba ilk yardın göndərən ölkə olması məni sevindirdi. Hesab edirəm ki, bu kampaniya dayandırılmamalı, əksinə əhatəsini bir qədər də genişləndirməlidir". AİDP sədri hesab edir ki, digər təşkilatlar, ayrı-ayrı şəxslər də bu prosesə qoşulmalı və əlinədən gələn yardımı göstərməlidir: "Biz bu prosesdən kənarda qala bilmərik. Canımızın yarısı, bütöv Azərbaycanın ürəyi olan Təbrizi tənha qoya bilmərik. Bunun üçün hansısa formada bir mərkəz yaradıb buradan yardım prosesini həyata keçirməliyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA