Deputatın qohumu ilə baglı "razborka" olacaq

img

12-08-2012 [10:31]


YAP-çı deputat Hüseynbala Mirələmova məxsus ?1001 gecə? restoranında baş verən qətl hadisəsinin ?razborkası? ?Dostluq? restoranında aparılacaq. Bu barədə ?Gündəlik Teleqraf? qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, bir müddət əvvəl ?1001 gecə? istirahət mərkəzində baş verən qətl hadisəsi ilə bağlı Azərbaycana kriminal aləmdə xüsusi nüfuz sahibi olan şəxslərin gələcəyi gözlənilirdi. Xəbərdə qeyd edilirdi ki, bu qətl hadisəsinin ?razborkasını? etmək üçün Bakıya gələcək kriminal avtoritetlər əsasən Moskva və Tiflisdən olacaqlar. Onların Bakıya avqustun 11-12-də gələcəyi gözlənilirdi. ?Gündəlik teleqraf? qəzetinə bununla bağlı daha bir informasiya daxil olub. Məlumatda iddia edilib ki, artıq altı kriminal avtoritet Bakıdadır. Yaxın günlərdə daha bir neçə nəfərin bura gələcəyi gözlənilir. Mənbə əlavə edib ki, kriminal aləmdə xüsusi nüfuza malik olan və hazırda Moskvada yaşayan Rövşən Lənkəranskinin və ?Qoca? ləqəbli digər avtoritetin Bakıya gəlib-gəlməyəcəyi dəqiq bilinmir. Ehtimal edilir ki, kriminal aləmin bu iki nümayəndəsi paytaxta ayaq basan kimi həbsə gedəcəklər. Daha bir ilginc məlumat ondan ibarətdir ki, ?1001 gecə? istirahət mərkəzində baş verən olayın razborkası avqustun 13-də şimal rayonlarının birində yerləşən ?Dostluq? adlı restoranda aparılacaq. Yada salaq ki, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu silahlı insident zamanı bir nəfəri qətlə yetirib. Baş Prokurorluğun yayıdığı məlumata görə, Bakıda ?1001 gecə? istirahət mərkəzində silahlı insident törədən şəxs həbs edilib. Cinayətin Rəşad Mirələmov Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. ?Bizim yol? qəzetinin əməkdaşı Hüseynbala Mirələmovdan hadisə ilə bağlı açıqlama alıb. Deputat baş vermiş hadisədən şok keçirdiyini bildirib: ?Mən bu hadisədən sonra hələ də şok içindəyəm. Hadisəyə qiyməti istintaq verəcək. Amma qardaşım oğlu olsa da, deyim ki, o, ?prestupnı mir"in (?cinayət aləmi?nin ) qanunları ilə yaşayır. Əvvəllər də iki dəfə məhkum edilib. Ölən də əvvəllər məhkum edilib. Aralarında problem olub. ?Razborka? üçün ?1001 gecə?ni seçiblər. Bu, başqa bir yer də ola bilərdi". Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA