AXCP Sumqayıtda icazəsiz piket keçirib

img

12-08-2012 [05:00]


Avqustun 12-si səhər saatlarında AXCP Sumqayıt şəhər təşkilatının fəalları Sumqayıtda piket keçirməyə cəhd edib. Təşkilatın rəhbəri Kəmaləddin Vilayətoğlu piket keçiriləcək yerə yaxınlaşan kimi polis və mülki geyimli şəxslər onu saxlayıb. Aksiyanın bəyanatı əlindən alınıb. Özünü isə polis bölməsinə aparıblar. Mitinqdə iştirakına görə AXCP-nin Sumqayıt təşkilatının iki fəalı Elşən Ağayev, Leysan Cəfərov hələ də şəhər polisinin 4-cü bölməsindədir. Bu barədə təşkilatın sədri Kəmaləddin Vilayətoğlu məlumat verib. Onun sözlərinə görə, özü, saxlanan 4 fəal qadın və digər üzvlər isə sərbəst buraxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, AXCP-nin Sumqayıt təşkilatı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd göstərib. Polis isə bu aksiyanın qarşısını alıb. Orxan Mansurzadə deyir ki, polis bölmələrinə 6 nəfər aparılıb, onların 3-ü qadın olub. DİN rəsmisi saxlananların hamısının sərbəst buraxıldığını bildirir. [b]QADIN FƏALLAR HƏLƏ DƏ POLİSDƏDİR[/b] AXCP üzvləri Kəmalə Bənənyarlı və Zərifə Məhəddinovanın xəbərdarlıq edilərək sərbəst buraxıldığı bildirilsə də polislər onların yenidən piket yerinə qayıdacağından ehtiyatlanaraq polis bölməsində saxlamağa qərar veriblər. Bu barədə saxlananların özləri AzadlıqRadiosuna məlumat verib. Digər saxlananların telefonuna isə hələlik zəng çatmır. Hələ ki Daxili İşlər nazirliyi hadisə ilə bağlı məlumat verməyib. AXCP üzvləri Kəmalə Bənənyarlı, Zərifə Məhəddinova və Natavan Səlimzadə də polis bölməsinə aparılıb. Hazırda Sumqayıt şəhər 2-ci polis bölməsindədirlər. Bu barədə Zərifə Məhəddinova məlumat verib. Onları klubun təxminən 50-100 metrliyində mülki geyimlilər saxlayıb: ?Parkda ağacın altında bir adamı gözləyirdik. Üç dəfə dedilər burda dayanmayan orda dayanın. Biz də sakitcə onlar deyən yerə keçdik. Daha sonra bizi zorla maşına mindirib bura gətirdilər. Şəxsiyyət vəsiqəmizi də alıblar, vermirlər. Özləri də deyir ki, çıxın gedin. Bilmirik ki, bura niyə gətiriblər, heç nə izah etməyiblər. Bəyəm ağacın altında dayanmaq olmaz??. *** Daha iki şəxs ? İlyas Məhərrəmov və Zahid Məmmədov da kluba yaxınlaşan zaman saxlanaraq bölməyə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA