iki güləzçimizdən möhtəzəm qızıl qələbə

img

12-08-2012 [04:23]


Azərbaycan Londonda keçirilən olimpiadada təmsil edən idmançılarımız tədricən özlərinə inamı artırmağa başlayıblar. Dünən London Yay Olimpiadasında sərbəst güləş üzrə daha 3 idmançımız mübarizəyə aparıb. Yarışın ikinci günündə Toğrul Əsgərov, Şərif Şərifov və Camaləddin Məhəmmədov döşək üzərinə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov yarışa 1/8 final mərhələsindən qoşulub. Təmsilçimiz bu mərhələdə almaniyalı Tim Şleyçerlə qarşılaşıb. Güləşçimiz ilk hissədə 2:0, ardınca 7:1 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul birinci hissədə 1:0, ikinci hissədə 5:0 hesabı ilə qalib gələrək finala adlayıb. Finalda o, rəqibi Besik Kudukovun (Rusiya) krəyini yerə qoyaraq, tarix yazıb. Qızil medal sevinci ona da göz yaşı yaşadıb. Digər təmsilçimiz Şərif Şərifov da (84 kq) yarışa 1/8 finaldan qatılıb. Ş.Şərifov ilk döyüşündə Türkiyə güləşçisi İbrahim Bölükbaşı ilə üz-üzə gəlib. Həmin görüş Bakı vaxtı ilə saat 18:12-də başlayıb. İlk hissə Şərifovun xeyrinə başa çatır - 3:1. İkinci hissədə də üstünlüyünü əldən verməyən təmsilçimiz 1/4 finala yüksəlib. Ş.Şərifov bu mərhələdəki rəqibi amerikalı Ceyk Hebbertlə güləşüb. İlk hissədə 4:1 hesablı qələbə qazanan həmyerlimiz növbəti iki dəqiqədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub və o da adını finala yazdırıb. Şərifin finalda rəqibi Yusept Espinal (Puerto Riko) olub. Görüş saat 23.42-də start götürüb. Şərif ilk hissədə 5:1, ikinci hissədə 2:0 hesabı ilə qalib gələrək olimpiya çempionu olub. Döşək üzərinə çıxən ağır çəkili güləşçimiz Camaləddin Məhəmmədov (120 kq) isə rusiyalı Bilal Maxovla qarşılaşmadan məğlub ayrılıb. Məhəmmədov məğlubiyyət alsa da, bürünc medal qazanmaq şansını saxlasa da, şansı üzünə gülməyib. Belə ki, bunun üçün Məhəmmədovun məğlub olduğu Maxov finala qədər irəliləməli idi. Amma o, yarımfinalda gürcü idmançısına uduzub. Qeyd edək ki, Londona 6 güləşçi ilə yollanan yığmamızın heyətində artıq bir idmançı mübarizəni dayandırıb. Əşrəf Əliyev 1/4 finalda uduzaraq olimpiadanı medalsız başa vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA