Metropoliten rəhbərinə qarzı məhkəmə təxirə düzüb

img

10-08-2012 [08:41]


Bakı Metropoliteninin rəisi Tağı Əhmədova qarşı yeni metro tikintisi ilə bağlı əmlakı talan edilən paytaxt sakini Nuriyeva Böyükxanım Qasım qızın şıkaayəti əsasında keçirilən məhkəmə işi təxirə salınıb. MİA.az-a Bakı Apellyasiya Məhkəməsindən daxil olan xəbərə görə, Tağı Əhmədovdan paytaxt sakini həm kompensasiya, həm də vurulmuş zərərin ödənilməsini tələb edir: ?Xanımın iddiasına əvvəlcə 1 aylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılsa da, Metropoliten rəisi buradan qalib çıxıb. Amma iddiaçı Nuriyeva Böyükxanım Qasım qızı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdan hər ay 2000 manat məbləğində kompensasiya və 16.000 manat məbləğində dəymiş maddi ziyanın tutulması məqsədi ilə birinci məhkəmə instansiyasının bu qətnaməsindən apellyasiya şikayəti verib. Hazırda xanımın qeyd edilən tələblərindən ibarət şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə araşdırılır?. Məlumata görə, Böyükxanım Nuriyevanın Tağı Əhmədova qarşı məhkəmə avqustun 8-nə nəzərdə tutulan məhkəmə prosesi ayın 15-ə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA