Daha iki əsgərimizi itirdik

img

09-08-2012 [06:23]


Azərbaycan ordusu daha iki əsgərini itirib. Onlar silahla ehtiyatsız davranma nəticəsində dünyalarını dəyişiblər. sgərlərin adları hələ dəqiqləşdirilməyib. Hadisənin Müdafiə Nazirliyinin Qazax və Lənkəran rayonlarında yerləşən hərbi hissələrində baş verdiyi deyilir. Müdafiə Nazirliyi baş verən hadisə ilə bağlı hələ ki heç bir açıqlama verməyib. Əsgərlərdən birinin adı məlum olub. Əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə avtomat silahı təmizləyərkən baş verib. Ehtiyatsızlıqdan açılan güllə B. Rəhimova dəyib və o aldığı güllə yarasından vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, B. Rəhimov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA