Gənclərdən ibarət Azərbaycan nümayəndəliyi Dağıstanda bir sıra görüzlər keçirdi

img

09-08-2012 [01:44]


;rbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə, ?Bakı Gənclər Klubu? İctimai Birliyinin rəhbəri Azər Dadaşov, ?Vətəndaş Cəmiyyətində Debat? İctimai Birliyinin rəhbəri Seymur Hüseynov, ?Gənclərin üçün Təhsil Mərkəzi? ? nin gənclərlə iş üzrə proqram meneceri Fəxrəddin Həsənzadə, ?İrəli? İctimai Birliy-inin idman klubunun rəhbəri Niyazi Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalı Tələt Qurbanbəyov, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclər Fondunun Beynəlxalq Əlaqələr sektorunun rəhbəri Orxan Ərəbovla təmsil olunan Azərbaycanın nümayəndə heyəti Dağıstan Respublikasının ictimai təşkilatların və dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. 2 günlük səfər zamanı Azərbaycan Nümayəndə heyəti Dağıstan Respublikasının Gənclərlə İş üzrə Komitəsinin sədri, Maxaçkala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Dağıstan Respublikası Gənclər Parlamentinin sədri və deputatları, Dağıstan Respublikası Xalq Təsərüfat İnstitutunun rəhbərliyi və gənclər təşkilatlarının rəhbərləri ilə görüşlər keçirdi. Görüşlər zamanı Azərbaycan və Dağıstan gəncləri arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin təşkili imkanları müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin rəhbəri Şahin Seyidzadə qeyd etdi ki: ?Dağıstan Respublikasına səfər bir daha göstərdi ki, bizim xalqlarımızın mədəniyyəti və adət ənənələrinin ümumi tərəfləri var. Sözsüz ki, qardaşlıq və dostluq ənənələri bizdən əvvəlki nəsillərdə də olduğu kimi bugün də davam etdirilməlidir. Gənclərin Dağıstana səfəri əlbəttə ki, bu adət ənənələrin gənclər və gənclər təşkilatlaı çərçivəsində qorunub saxlanmasına yaxşı imkan yaradır. Sevindirici haldır ki, səfər nəticəsində Azərbaycan və Dağıstanın gənclər təşkilatları arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalandı. Əminəm ki, bu memorandum Azərbaycan və Dağıstanın gənclər təşkilatları arasında yeni əməkdaşlıq imkanları yaradacaq?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA