Güləzçimiz Olimpiadada gümüz medal qazandı

img

08-08-2012 [11:59]


Bu gün London Olimpiadasında qadın güləşçimiz Mariya Stadnik döşək üzərinə çıxıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Pekin olimpiadasının bürünc medalçısı mübarizəyə 1/8 finaldan qoşulub. O, Klarissa Çunla (ABŞ) görüşüb. Təmsilçimiz ilk görüşünü 2:0, 3:0 hesablarıyla qalib başa vurub. Mariya Stadnik 1/4 finalda polşalı Nina İvona Matkovskanı məğlubiyyətə uğradıb. Stadnik ilk hissədə 2:0, sonra isə 4:1 hesabı ilə qalib gəlib. Yarımfinalda təmsilçimizin rəqibi ukraynalı İrina Merleni olub. Mariya bu rəqibini də məğlub edib (1:0, 2:0) və adını finala yazdırıb. Həlledici görüşdəki rəqib isə yaponiyalı Hitomi Obara olub. Təəssüf ki. Azərbaycan güləşçisi finalda uduzaraq gümüş medala layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA