5 metrostansiyası bağlanacaq

img

08-08-2012 [12:41]


Tikinti işlərii ilə əlaqədar olaraq, Bakı Metropoliteninin ?20 Yanvar-Dərnəgül? sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib. Həmin müddət ərzində ?20 Yanvar-Dərnəgül? və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların (?20 Yanvar?, ?Memar Əcəmi?, ?Nəsimi?, ?Azadlıq prospekti? və ?Dərnəgül?) xidmətindən istifadə edə bilməyəcəklər. Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bakı metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA