Milli Şurasının sədr müavini Azərbaycanın cənub regionlarına səfər edib

img

08-08-2012 [12:13]


Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədr müavini Mirhəsən Seyidov ARGTMŞ - nin Avropa Birliyi və UNİCEF ilə birgə təşkil etdiyi ?Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır? layihəsi çərçivəsində Lənkəran və Sabirabad rayonlarında səfər edib. Səfərin əsas məqsədi layihədə iştirak etmək üçün müraciət edən gənclər arasında iştirakçıların müəyyən edilməsi və ARGTMŞ ? nin əsas istiqamətlərindən biri olan region gəncləri və gənclər təşkilatlarının fəallaşdırılmasında mühüm yer tutan Regional Gənclər və İdman İdarələri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Səfər zamanı əvvəlcə layihədə iştirak etmək üçün müraciət edən gənclərlə fəal ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq məqsədilə görüşlər keçirilib, onların bilik və bacarıqları ilə yaxından tanış olduqdan sonra isə layihə iştirakçıları müəyyən edilib. İştirakçıların müəyyənləşdirilməsində özü də iştirak edən Mirhəsən Seyidov hər region gənclərinin təşəbbüslərinin dəstəklənməsini və bacarıqlarının artırılmasının vacib olduğunu qeyd edib: ?Bugün region gənclərinə baxanda onların öyrənməyə və fəal olmağa nə qədər çox həvəsli olduqlarını asanlıqla görmək mümkündür. Təbii ki, onların bu enerji və fəallığını məqsədyönlü şəkildə istiqamətləndirməyə ehtiyac duyulur. Bu istiqamətdə əsas iş region təşkilatlarının üzərinə düşür. Bu cür gənclərin daha da fəallaşdırılması, təşəbbüslərinin dəstəklənməsi artıq uzun illərdir bu sahədə çalışan təcrübəli şəxslərin öhtəliyidir və onların Azərbaycan Respublikası Gənclər siyasətinin uğurla həyata keçirilməsində iştirakı vacibdir? Səfər çərçivəsində həmçinin regionlarda fəaliyyət göstərən Gənclər və İdman İdarələri ilə görüşlər keçirilib və region gənclərinin maarifləndirilməsi və fəallaşdırılması istiqamətində birgə atıla biləcək addımlar ətrafında geniş müzakirələr aparılıb. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Birliyi və UNİCEF tərəfindən keçirilən ?Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır? layihəsi Lənkəran, Sabirabad, Goranboy, Yevlax və Göygöl rayonlarını əhatə edəcək. Layihənin əsas məqsədi ətraf mühit məsələlərinin həllində gənclərin iştirakının təmin olunmasında ?Gənclər Evi? ? nin rolunun gənclərə ətraflı izah olunması və ətraf mühitin qorunmasında ?Gənclər Evləri? və gənclərin birgə mübarizə aparması üçün münbit zəmin yaradılmasıdır. Layihənin birinci mərhələsində regionlarda layihə iştirakçıları seçilərək təlimləndiriləcək və multipleyerlər kimi yetişdiriləcək. Daha sonra hər biri multipleyer tərəfindən tərəfindən öz yaşadığı regionda gənclərin maarifləndirilməsi üçün təlimlər keçiriləcək, flaş-moblar və digər təbiğat tədbirləri təşkil olunacaq. Layihə çərçivəsində ümumilikdə 25 000 gəncin əhatə olunacağı nəzərdə tutulub. #601;al #351;l#305;n t

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA