Dövlət Şirkəti Kəmaləddin Heydərovun nazirliyini məhkəməyə verdi

img

06-08-2012 [12:09]


Qorxmaz Hüseynovun rəhbəri olduğu ?Azərsu? ASC Səhiyyə, Maliyyə, Daxili İşlər ə digər nazirlik və komitələrlə yanaşı, Fövqəladə Halllar Nazirliyi ilə də məhkəmədə çəkişir. Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Azərsu? ASC Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsini tələb edir: ?Tərəflər mübahisəni öz aralarında razılığa gəlib, həll edə bilmədiklərindən iş məhkəməyə daşınıb. ?Azərsu?yun iddisına əvvəlcə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin orada çıxarılan qətnamə Qorxmaz Hüseynovun rəhbəri olduğu qurumu qane etməyib. Ona görə də, qətnamədən apellyasiya şikayəti verilib?. Xəbərə görə, şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Nürəddin Mustafayevin sədrliyi ilə baxılır: ?Azərsu? ASC-nin FHN və onun tabeliyində olan xidmət müəssisəsinə yönəlik borc tələbi ilə bağlı şikayəti indi Bakı Apellyasiya Məhkəməsinin hakim Nürəddin Mustafayev tərəfindən araşdırılır. Problemin böyüməsinin əsas səbəbi isə qarşı tərəfin həm borc məbləğinin xeyli şişirdilməsini iddia etməsi, həm də nazirliyin büdcə təşkilatı olması və eyni zamanda, istifadə olunmuş suya görə yaranmış borcun əvvəlki illəri əhatə etməsidir. Nazirlik büdcə təşkilatı olduqlarından həmin borcun ödənilməsi üçün Maliyyə Nazirliyinin əlavə vəsait ayırmasını vacib sayır. Buna görə tərəflər arasında mübahisə dərinləşib?. Müsahibimiz bildirir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə hakim Nurəddin Mustafayev avqustun 9-da baxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA