Rektor Ağacan Əbiyev olimpiadadan qovuldu

img

03-08-2012 [01:50]


Qələbəsi geri alınan Azərbaycan boksçusunun yarışında Türkmənistandan olan boks hakimi London Olimpiya Oyunlarından uzaqlaşdırılıb. Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) yaydığı bəyanatda deyilir ki, hakim Işanquli Meretniyazov "evinə qayıdır". Referinin geri göndərilmə səbəbi kimi çərşənbə axşamı oyunları göstərilir/ Xəbəri Associated Press yazıb. Bildirilir ki, Meretniyazov Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yerə yıxılmasına baxmayaraq, onun yapon həmkarı üzərində ?qələbəsinə? kömək etməkdə ittiham edilir. AİBA nəticəni sonradan dəyişib. AİBA, eyni zamanda, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Bədən Tərbiyyəsi və idman Akademiyasının rektoru Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırıb. Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib. Ancaq federasiya Azərbaycan rəsmisinin davranış kodeksini ?bir neçə dəfə pozduğunu? deyib./BBC Azərbaycanca/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA