Baz həkimlər məhkəməni yenə uddular

img

02-08-2012 [01:16]


Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi ə onun tabeliyindəki xəstəxanalara qarşı narazılıq pik həddə atıb. Mia.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin 3 saylı klinik xəstəxanasında böyrəyindən müalicə olunmuş Bakı şəhər sakini Əbülfəz Səfərovun Səhiyyə Nazirliyi, onun tabeliyindəki müəssisələrin rəhbərlərindən şikayətçidir. O, baş həkimlərə və digər həkim personalına qarşı hüquqi müstəvidə dava asa da, məhkəmələrdə haqqını bərpa edə bilmir. Belə ki, ötən Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə Əbülfəz Səfərovun Səhiyyə Nazirliyinin 3 saylı klinik xəstəxanasının baş həkimi Xəlil Məmmədov, qəbul şöbəsinin müdiri Əkbər Murtuzayev, uroloq həkimi Müslim Sadıqov, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının şöbə müdiri Tahir Məmmədov, ultra səs həkimi Tələt Hacıyev, qəbul şöbəsinin həkimi Cəbrayıl Zeynalov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Səadət Mahmudovaya qarşı mülki qaydada verdiyi şikayətinə də ?yox? deyilib: ?Əbülfəz Səfərov hesab edir ki, adıçəkilən baş həkim və həkimlər lazımi müalicə işlərini aparmadıqlarından, o, əlil olub. İndisə müvafiq sənədləşdirilmələr həyata keçirilmədiyi üçün o, dövlətin imkanlarından sağlamlığı məqsədi ilə yararlana bilmir. Ona görə də maddi və mənəvi zərərlə üzləşdiyini bildirən şikayətçi yuxarıda adları çəkilənlərin hər birinə qarşı ümumilikdə iddia qaldırıb. İşə ilk olaraq Sabunçu Rayon Məhkəməsində baxılıb və məhkəmə həkimləri haqlı sayıb. Əbülfəz Səfərov da bu qətnamədən apellyasiya şikayəti versə də, hakim Tofiq Səmədov birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA