Bakıda sürücü yol polisini vəhzicəsinə döyüb

img

02-08-2012 [11:20]


Bakıda yol polisi əməkdaşı sürücü tərəfindən vəhşicəsinə döyülüb. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 1-dən 2-nə keçən gecə, saat 00:30 radələrində Mikayıl Müşfiq küçəsində yol polisi əməkdaşı, polis baş inspektoru Ağamalı Murad Kamal oğlu xidmətdə olarkən 90 QO 434 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü, Naxçıvan MR Babək rayon Cəhri kənd sakini Mürsəliyev Sarvan Səfəralı oğlu tərəfindən döyülüb. Məlumata görə, yol polisi əməkdaşı sürücünü yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb və avtomobili cərimə meydançasına apararkən aralarında mübahisə yaranıb. Qapalı kəllə-beyin travması və digər xəsarətlər alan yol polisi əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA