Məcburi köçkünlərin məskunlazdığı yataqxanada yanğın söndürülüb

img

01-08-2012 [07:08]


Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın tamilə söndürülüb. Bu barədə ANS PRESS-ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. *** 15.09 Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın qismən söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 2-bloklu, 5-mərtəbəli binanın yarısını əhatə edib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, bu gün saat 13 radələrində Binəqədi rayonunun Dərnəgül qəsəbəsində, 14-cü Aşırım küçəsində yerləşən 5-mərtəbəli yataqxanada yanğın başlayıb. Yanğının yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəldiyi bildirilib. Əraziyə gələn yanğınsöndürmə briqadaları yataqxanadakı sakinlərin hamısını evakuasiya ediblər. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, yanğının səbəbləri araşdırılacaq. Hazırda yanğının səbəbləri məlum deyil. ***15.09 Trend-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Ələddin İsgəndərov jurnalistlərə müsahibəsində bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil. Araşdırmalardan sonra yanğının səbəbləri müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq. Yataqxanada məskunlaşmış məcburi köçkünlərin evlə təminatı ilə bağlı suala cavab olaraq icra başçısı deyib ki, bundan öncə baş verən yanğından sonra da məcburu köçkünlər evlə təmin olunmuşdu. "Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi müzakirələrdən sonra müvafiq addımlar atılacaq" deyə İsgəndərov bildirib. ***14.22 ANS-in hadisə yerində olan müxbiri Sevil Xaspoladovanın verdiyi məlumata görə, yanğın daha da şiddətlənib. Alovun ram edilməsi mümkün olmayıb. Hadisə yerin çox sayda yanğından mühafizə xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. *** 13.52 Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın baş verən yataqxananın sakinləri evakuasiya edilib. Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəlib. Yataqxanadakı sakinlərin hamısı evakuasiya edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. ***13.25 Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb. Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər. Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib. Hazırda yanğın davam edir. Yanğın 5 mərtəbəli binanın 4 mərtəbəsini əhatə edir. Yanğın binanın yaxınlığındakı bazara da keçib.#252;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA