?Yeni Müsavat? 50 min cərimələndi

img

31-07-2012 [05:49]


Bu gün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə ?Gilan Qəbələ Konserv Zavodu? MMC-nin ?Yeni Müsavat? qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Prosesdə tərəflərin çıxışları dinlənib, iddiaçının nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddiaçının xeyrinə maddi zərərin ödənilməsi və qəzetdə təkzib verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş edib. Qeyd edək ki, ?Gilan Qəbələ Konserv Zavodu? MMC ?Yeni Müsavat? qəzetində 2009-2011 illəri ərzində çıxan bir sıra məqalələrə görə, qəzetdən 1 milyon manat təzminat tələb edib. Bugünkü prosesdə hakim Xaliq İmanov iddianı qismən təmin edərək ?Yeni Müsavat? qəzetini 50 min manat cərimələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA