IV qrup imtahan cavabları açıqlandı

img

30-07-2012 [05:44]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan verilən məlumata görə, nəticərlər bir azdan qurumun rəsmi saytında yerləşdiriləcək. Hazırda isə imtahan nəticələrini mobil operatorlardan 7727 nömrəsinə SMS göndərməklə öyrənmək mümkündür. Qeyd edək ki, bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edib. İmtahan qaydalarını pozan 20 abituriyent imtahandan xaric olunub. Həmin abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA