Əli Həsənov zərərlə bağlı ziddiyyətli bəyanatlar verib

img

29-07-2012 [06:47]


Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ziddiyyətli bəyanatlar verib. ?Baş vermiş münaqişələrdə dəyən zərərin hesablanması? mövzusunda keçirilən konfransda Ə.Həsənov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyən ziyanın məbləğini 100 mlrd. dollar həcmində qiymətləndirib. Eyni zamanda, o qeyd edib ki, ziyan beynəlxalq ekspertlər tərəfindən öyrənilməlidir. O, Azərbaycanda fəaliyyət göstərən QHT-ləri bu işdə iştiraka çağırıb. Onun işğal altında olan torpaqlar azad ediləndən sonra onların bərpası üzrə hazır hökumət proqramının olması barədə bəyanatı da anlaşılmazlıq yaradıb. Bu proqramın nə qədər qiymətləndirilməsi barədə baş nazirin müavini heç nə deməyib. O, Ermənistan tərəfini hədələyərək bildirib ki, onlar əməllərinə görə cavab verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA