Yeni komitə sədri təriqətlərə qarzı hücuma keçdi

img

29-07-2012 [06:20]


Bu ilin may ayının 31-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuş Elşad İsgəndərov şübhəli fəaliyyətləri ilə seçilən dini təriqətlərə qarşı ?cəbhə? açıb. O, artıq belə təriqətlərin fəaliyyətlərini məhdudlaşdırmaqla bərabər, həm də onların dövlət qeydiyyatını ləğv etdirməyə başlayıb. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ?Jivotvoryaşaya blaqodat? beynəlxalq bibley təşkilatı dini qurumunun da qeydiyyatını ləğv edilməsi üçün ?qolunu çırmalayıb?. Lakin yeni komitə sədrinin adıçəkilən dini qurumla mübarizəsi gözlənilən effekti verməyib: ? ?Jivotvoryaşaya blaqodat? beynəlxalq bibley təşkilatı dini qurumunun dövlət qeydiyyatının ləğv edilməsi məqsədiylə 1 saylı İnzibati-İqtisadi Məhkəmədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi iddia qaldırsa da, hakim komitənin əleyhinə qərar verdi. Yeni komitə sədrinə bu qərar məruzə ediləndə isə o, dərhal birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi tapşırığını verdi. Tapşırığa uyğun olaraq, 1 saylı İnzibati-İqtisadi Məhkəmənin qərarından şikayət verilib?. Əldə etdiyimiz məlumata görə, şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata da qəbul olunub: ?Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin ?Jivotvoryaşaya blaqodat? beynəlxalq bibley təşkilatı dini qurumuna qarşı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxışa qəbul olunub. Hətta iyulun 17-ə proses də müəyyənləşdirilmişdir. Lakin həmin tarixdə hakim iş üzrə qərarını vermədi. Məhkəmə işi iyulun 31-də davam etdiriləcək?. Məsələyə tərəflərdən münasibət öyrənə bilmədik. Bakı Apellyasiya Məhkəməsindən isə fakt təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA