Ziya Məmmədov kollegiya iclası keçirib

img

27-07-2012 [04:14]


Nəqliyyat Nazirliyində 2012-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə nəqliyyat nazirliyin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, kollegiya iclasında müvafiq qurumların və strukturların hesabatları dinlənilib. İclasda Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə I yarımilinin yekunları və qarşıda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Kollegiya i?lasının gedişində ?Azərbay?an Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin, ?Azəryolservis? Açıq Səhmdar ?əmiyyətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hesabatları dinlənilib. Əldə edilən uğurlardan və bəzi sahələrdə hələ də mövcud olan çatışmazlıqlardan danışılıb, sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA