Əli Həsənov: "ilham Əliyevdən tapzırıq almızıq"

img

27-07-2012 [01:51]


"Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün Beynəlxalq təcrübə öyrənilməlidir. Çünki, bu bizim üçün yeni bir işdir". Bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə əsasən, elə beynəlxalq qurumlar var ki, onların müəyyənləşdirdiyi hesablamalara inam var. "Məqsədimiz odur ki, dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun. Bu məsələ hər birimizin - dövlətin, hökumətin və cəmiyyətin problemidir. Ona görə də buna ciddi yanaşmaq lazımdır. Azərbaycan hökuməti bu məsələdə nə kömək lazımdırsa edəcək. Biz prezident İlham Əliyevdən bu tapşırığı almışıq, baş nazir Artur Rəsi-zadə ilə kifayət qədər müzakirə aparılıb", - Əli Həsənov deyib. O qeyd edib ki, Azərbaycanın dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlaması, Ermənistan üçün ciddi ismarıcdır: "Əgər Ermənistan tərəfi bundan məlumatlıdırsa, artıq nəticə çıxarmalıdırlar. Bu o deməkdir ki, Azərbaycan dövlətinin səbri artıq tükənib. Bu Ermənistana həm də ciddi bir xəbərdarlıqdır, yəni Azərbaycan daha Ermənistanın tutduğu mövqeyə qarşı səbr nümayiş etdirməyəcək. Əgər Ermənistanda yaşayan xalq özünü normal xalq hesab edirsə, bilsinlər ki, dəymiş ziyan onların cibindən və qazancından ödəniləcək. Mən yenə deyirəm, ermənilər gözlərini və qulaqlarını açıb eşitsinlər! Yəni hələ ziyan qabaqdadır. Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində heç bir güzəştə getməyəcək. Bu böyük həcmdə olan vəsaitdir. Əgər 10 il əvvəl bu məbləğ 60-70 mlrd. dollar təşkil edirdisə, artıq bu vəsait 100 mlrd. dolları ötüb". Baş nazirin müavini bildirib ki, torpaqlar işğaldan azad olunduqdan sonra mütləq qiymətləndirmə beynəlxalq qurumların və ekspertlərin iştirakı ilə yenidən həyata keçirilməlidir: "Hökumətin mövqeyi belədir. Əsas məqsədimiz odur ki, hazırladığımız sənəd beynəlxalq qurumlar tərəfindən qəbul olunsun. Bu prosesə Azərbaycan QHT-ləri də cəlb edilməlidir". SalamNews

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA