Bakı çimərliklərində 2 nəfər suda boğulub

img

27-07-2012 [01:08]


Ötən gün Bakı çimərliklərində 2 nəfər suda boğulub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə boğulma hadisəsindən biri Novxanıda çimərliyində qeydə alınıb. 42 yaşlı kişi suda boğulub. Onun meyidi dənizdən çıxarılıb. Novxanıda digər özəl çimərlik ərazisində isə 27 yaşlı oğlan boğulmaq təhlükəsi ilə üzləşib. Lakin xilasedicilər onu sudan çıxarıblar. Digər boğulma hadisəsi isə Şüvəlan qəsəbəsi ərazisində istirahət mərkəzlərinin birinin ərazisində olub. 31 yaşlı qadın suda boğulub. Onun meyidi sudan çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA