Texnikumlara qəbulun vaxtı açıqlandı

img

27-07-2012 [12:56]


?Bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq?. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 27-də keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədrinin sözlərinə görə, Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas müəssisələrinə ərizə qəbulu avqustun 1-dən başlayacaq. Komissiya sədri bildirib ki, abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər. M.Abbaszadə qeyd edib ki, bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür. Onlardan 4866-sı dövlət sifarişi üzrə, 5538-i ödənişli əsaslarladır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA