Surət Hüseynov deputat olmaq niyyətində deyil

img

26-07-2012 [10:53]


Surət Hüseynovun vəkili Rövşən Yusifov sabiq baş nazirin adında "Teref" saytında bəyanat yayıb. Bəyanatda deyilir: "Axır vaxtlar Surət Hüseynovla bağlı bəzi maraqlı dairələr tərəfindən məqsədyönlü şəkildə KİV-ə dezinformasiyalar sızdırılır. Mən Surət Hüseynovun vəkili kimi bəyan edirəm ki, Surət Hüseynov heç bir siyasi partiyanın, siyasi blokun, siyasi cərəyanın üzvü deyil. O, Azərbaycanın heç bir ərazisindən millət vəkili seçilmək üçün cəhd etməyib və etmək fikrində deyil. Daha sonra vəkil KİV və telekanallarda Surət Hüseynovun Azərbaycanının torpaqlarının işğalında, əsasən də Ağdam və Ağdərə rayonlarının qəsb edilməsində günahkar sayılması toxunur və qeyd edir: "Bəyan edirəm ki, istintaq orqanları tərəfindən Surət Hüseynova qarşı Ağdam və Ağdərə rayonlarının işğal olunması ilə bağlı ittiham irəli sürülsə də, altı aydan çox davam edən açıq məhkəmə araşdırması zamanı təkzibedilməz faktlarla onun nəinki Ağdam və Ağdərə rayonları, ümumiyyətlə Azərbaycanın bir qarış torpağının belə düşmən əlinə keçməsində heç bir günahı olmadığı sübuta yetirildi. Məhkəmə araşdırması zamanı təqdim olunan təkzibolunmaz faktlara əsasən həmin epizodlar Surət Hüseynovun ittiham aktından çıxardılmışdır. Hüquq dilində bu o deməkdir ki, Surət Hüseynov bu epizodlar üzrə bəraət alıb. Əslində bütün vətənpərvər vətəndaşlarımız bu torpaqların kim tərəfindən verildiyini bilir!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA