Azərbaycan Türkmənistan gəmisini saxladı

img

26-07-2012 [05:21]


Azərbaycan sərhədçiləri Xəzər dənizinin Azərbaycana məxsus bölməsində Türkmənistana məxsus gəmiyə baxış keçirib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 24-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mərkəzi istiqamətində, "Kəpəz" neft yatağının cənub-qərbində üzmə rejiminə nəzarət zamanı Türkmənistana məxsus "Günxan" balıqçı gəmisinə baxış keçirilib. Müvafiq registr sənədləri təqdim edilmədiyinə görə gəmi saxlanılıb. Gəmi müvafiq tədbir görülməsi üçün Türkmənistan Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinə rəsmi qaydada təhvil verilib. anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA