Azərbaycan əsgəri əsir götürüldü

img

26-07-2012 [03:05]


Bu gün təxminən saat 06:00 radələrində Ermənistan Azərbaycan sərhədinin şimal şərqində Azərbaycanın hərbi qulluqçusu Firuz Fərəcov əsir götürlüb. Bu barədə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Arçrun Ovanisyan məlumat verib. Onun sözlərinə görə, guya azərbaycanlı əsgər özü sərhədi keçərək təslim olub. Hazırda qarşı tərəfdə araşdırma aparıldığı deyilir. Azərbaycan hərbi qulluqçusunun əsir düşməsi haqqında Qırmızı Xaç Beynəlxalq Komitəsinin İrəvan nümayəndə heyəti məlumat verib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA