Azərbaycan Ordusu xüsusi rejimə keçdi

img

26-07-2012 [01:21]


İsti hava şəraiti ilə əlaqədar olaraq hərbi hissələr xüsusi rejimə keçib. Ölkədə müşahidə olunan kəskin isti hava ilə əlaqədar həkimlər əhaliyə xəbərdarlıq edir. Kəskin istilərlə bağlı orduda da xüsusi rejim tətbiq olunur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istilərlə bağlı əsgərlər kazarma şəraitində saxlanılır. Onların günvurmadan qorunması üçün əlavə tədbirlər görülür. Sinoptiklər isə kəskin istilərin davamlı olmayacağını deyirlər. Qeyd edək ki, bu gün ərzində dəniz suyunun temperaturunun da kəskin artacağı, Türkan, Hövsan, Şıx çimərliklərində, hətta 28-29 dərəcə olacağı gözlənilir./anspress/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA