Xanım Xəlilova keçmiz nazirlə qohum olub

img

25-07-2012 [08:08]


Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı professor Xanım Xəlilova nəvəsini gəlin köçürüb. İxtisasca jurnalist olan Sezen İsmayılbəyli Türkiyənin tanınmış iş adamlarından olan Tayfun Yılmazla ömür yolunu birləşdirib. Ankaradakı məşhur "Maniot" otelində keçirilən toy mərasimində təxminən 2 min nəfər iştirak edib. Qonaqlar arasında Türkiyənin nüfuzlu dövlət və hökumət nümayəndələri, millət vəkilləri, böyük şəhərlərin valiləri və çoxlu sayda tanınmış iş adamı olub. Əslən Cənubi Azərbaycandan olan populyar müğənni Cavid Təbrizli və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə qonaqların qarşısında rəngarəng musiqi proqramı ilə çıxış ediblər. Bəylə gəlini təbrik edənlərin arasında VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və xanımı Tənzilə Rüstəmxanlı, eləcə də Xanım Xəlilovanın yaxın qohumları olublar. Qeyd edək ki, Xanım Xəlilovanın yeni qohumları Türkiyənin tanınmış ailələrindən sayılır. Bəyin atası Mustafa Yılmaz 20 il Türkiyə Böyük Millət Məclisinin üzvü olub. M.Yılmaz ayrı-ayrı dövrlərdə iki dəfə Türkiyə hökumətində nazir postu tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA