Bu gün göydən od yağacaq

img

25-07-2012 [11:13]


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Hava şəraitinin qısa icmalı: Abşeron yarımadasında hava şəraitinin isti olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir. Qeyd edək ki, 2012-ci ildə iyul ayının ən isti gününün bu gün olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılsa da, bu anomal isti hesab edilmir: ?Ümumiyyətlə, bu ay iqlim şəraiti normaya yaxındır və anomal istilər müşahidə olunmur. İyulun ən isti gününün iyulun 25-i olacağı gözlənilir. Sonrakı günlərdə belə istilər proqnozlaşdırılmır?. Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti illər 2010, 2011, ən sərin illər isə 1993 və 2004-cü illər olub: ?Azərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti qeydə alınıb. Ötən il iyul ayının üçüncü on günlüyündən başlayaraq, avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA