Rektor-deputat korrupsiyada ittiham olundu

img

24-07-2012 [12:29]


Milli Məclisin sabiq deputatı Nazim Məmmədov millət vəkili Şəmsəddin Hacıyevin rektoru olduğu Dövlət İqtisad Universitetinin korrupsiya yuvası olduğunu açıqlayıb. Mia.az xəbər verir ki, bu barədə sabiq deputat ?Facebook? sosial şəbəkəsindəki profilində məlumat yayıb. O, ?Ali məktəblərdən ən acınacaqlısı Dövlət İqtisad Universitetidir, korrupsiya, rüşvətxorluq analoqu olmayan səviyyədədir. Bunu bir daha magistrlərin müdafiəsindən sonra əyani gördüm!? deyib. Xatırladaq ki, son illər Dövlət İqtisad Universitetində korrupsiya və rüşvətin ölçüyəgəlməz şəkildə tüğyan etməsini ölkənin bir çox elm adamları da dilə gətirilməyə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA