imizlidə polis-vətəndaz qarzıdurması davam edir

img

23-07-2012 [04:05]


Bir neçə ay əvvəl evində keçirdiyi etiraz aksiyasına görə polis zorakılığına məruz qalmış rayon sakini, keçmiş siyasi məhbus Musa Rahimlə rayon polis şöbəsinin rəis müavini arasında hüquqi müstəvidə qarşıdurma davam edir. Musa Rahim artıq Daxili İşlər Nazirliyinin öz əməkdaşlarını müdafiə edən hərəkətlərindən narazı qalaraq, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxili işlər naziri müraciət edib. Müraciətdə deyilir: ?Cənab Baş Prokuror, cənab nazirlər, bu ilin may ayının 29-da təxminən saat 18.15 radələrində İmişli rayon polis şöbəsinin iki əməkdaşı polis polkovnik-leytnantı Sahib Səmədov və polis mayoru Taleh Hüseynov məni qeyri-rəsmi, yəni heç bir çağırış xəbərnaməsi göndərmədən onlarla getməmi tələb etdilər. Mən 2007-ci ildə İmişli polisinin şər və böhtanları ilə həbsə alındığımı və həmin iş üzrə Avropa İnsan Haqları Məhkəməsində 4 ildir ki, şikayətimin olduğunu polislərə izah etdikdən sonra qanunlara hörmət etmələrini xahiş etdim (baxmayaraq ki, Səmədov mülkü formada idi). Haqlı etirazımı polis mayoru Hüseynov qəbul etsə də, Səmədov kimlərəsə söz verdiyini bildirib, əxlaq normalarına sığmayan ifadələr işlədərək, məni polis şöbəsinə aparacağı ilə hədələyib tutmaq istəyəndə qaçmaq məcburiyyətində qaldım. Arxamca Sahib Səmədovun qaçdığını hiss etdiyimdən geri çevrilən zaman üzü üstə yıxılaraq xəsarətlər aldım. Cənab Baş Prokuror, cənab nazirlər! Mən, baş vermiş hadisəylə bağlı dərhal Baş Prokurorluğa və DİN-ə şikayət etdim. Bir müddət sonra Baş prokurorluqdan aldığım məktubda deyilirdi ki, sizin şikayətiniz nəzarətdədir və araşdırılması üçün İmişli rayon prokurorluğuna göndərilir. Məsələnin ədalətli həllinə ümid etsəm də, Daxili İşlər Nazirliyindən aldığım cavab bütün düşündüklərimi alt-üst etdi. DİN-in bu hadisəylə bağlı necə araşdırma aparması mənim üçün gün kimi aydındır. Maraqlı məqam məktubun sonuncu bəndidir Nazirliyin Rahib Qarayev adlı əməkdaşı bildirir ki, göstərilənlər və qaldırdığınız məsələnin İmişli rayon prokurorluğunda araşdırılmasının nəticələri də nəzərə alınaraq, müraciətinizə baxılması dayandırılmışdır. Cənablar, hörmətli Qarayevin ünvanladığı 10.07.2012-ci il tarixli 23/18-450 saylı məktubundan iki gün sonra, yəni 12.07.2012-ci il tarixdə Sahib Səmədovdan etdiyim şikayətlə bağlı ifadə vermək üçün rəsmən İmişli rayon prokurorluğuna dəvət olunmuşam. Belə isə necə olur ki, hələ araşdırılması başlamayan bir hadisənin nəticəsini hörmətli Rahib Qarayev nəzərə alır. Əgər Sahib Səmədovun əməllərindən zərər çəkən mənəmsə, əminliklə deyə bilərəm ki, mən bu günə qədər hadisəylə bağlı hələki İmişli prokurorluğuna heç bir ifadə verməmişəm. Baş verən hadisələr belə düşünməyə əsas verir ki, Səmədovun bütün bu özbaşınalığını ya DİN-in şəxsi heyətlə iş idarəsi, ya da İmişli prokurorluğu hansısa maraqlar xatirinə baxılmasını dayandıraraq, ört-basdır edir. Odur ki, baş verən hadisənin vicdanla araşdırılmasını təmin etmənizi xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA