?iqtidar-müxalifət düzmənçiliyinə son verilməlidir?

img

23-07-2012 [02:57]


?Azərbaycan siyasətində ən ciddi problem iqtidarla-müxalifət arasındakı düşmənçilikdir. Ondan böyük problem bu düşmənçiliyi aradan qaldırmaq üçün heç bir tərəfin cəhd göstərməməsidir?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, bir tərəf Heydər Əliyevin ideyalarını, dünyagörüşünü qəbul etmədiyi kimi, qarşı tərəf də onların varlığını belə qəbul etmir: ?Etiraf etmək lazımdır ki, son hadisə, Heydər Əliyev Mərkəzində baş verən yanğın zamanı bu məqam özünü daha bariz şəkildə göstərdi. Detallara varmadan qısaca deyim ki, müxalifət düşərgəsində bu hadisəni məsxərəyə qoyanlar oldu. Iqtidar tərəfdarları və təmsilçiləri isə bu münasibəti düşmənçilik kimi qiymətləndirdi. Hesab edirəm ki, müxalifət bu hadisəyə normal münasibət bildirməli, şərh etməli idi. Amma təəssüf ki, belə olmadı?. Prezident İlham Əliyevin də bir müddət öncə müşavirədə müxalifəti aşağılayan çıxış etdiyini xatırladan AİDP sədri deyir ki, hər iki tərəfin yanaşması bolşevik yanaşmasıdır və tərəflərin xeyrinə deyil: ?Hesab edirəm ki, bu yanaşma sonda ağır nəticələrə gətirib çıxaraçaq?. Ziyalılar Forumunun və konkret olaraq ssenarist Rüstəm İbrahimbəyovun timsalında bu düşmənçiliyin müstəvi dəyişdiyini deyən T.Abbaslının fikrincə, növbəti mərhələdə bu proses cəmiyyətin digər təbəqələrini, xüsusilə də gəncləri əhatə edəcək: ?Bu isə sonda Ərəb ölkələrində baş verən hadisələrdən daha betərinə zəmin yaradacaq?. Türkiyədə iqtidarla-müxalifət arasında gərgin mübarizə olmasına baxmayaraq çətin məqamlarda bir araya gəldiyini deyən AİDP sədri qeyd edib ki, bu təcrübədən yararlanmaq lazımdır: ?Təsəvvür edin ki, biz bir-birimizin ən ağır günündə belə dəstək olmağı bacara bilmirik. Türkiyədə bir siyasətçinin valideyni vəfat edəndə iqtidarlı-müxalifətli orada iştirak edirlər. Bizdə isə hətta bu məqama belə əməl olunmur. Bir-birimizin valideynin hüzr yerinə belə getmirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA