Azərbaycanın 17 komandası Qara dəniz kubokunda iztirak edəcək

img

23-07-2012 [02:51]


İyulun 27-29-da Gürcüstanın Batumi şəhərində intellektual oyunlar üzrə beynəlxalq Qara dəniz kuboku təşkil olunacaq. Kubokda Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan komandaları ilə yanaşı Azərbaycan komandaları da iştirak edəcəklər. Azərbaycan İntellektual Oyunlar Federasiyasından verilən məlumata görə, Qara dəniz kubokunda ölkəmizi 17 komanda təmsil edəcək. Son Cənubi Qafqaz çempionu Faiq Hüseynovun sözlərinə görə Azərbaycan komandalarının bu turnirə marağı xeyli yüksəkdir. O, ölkə komandalarının regionda ən güclü olmasını qeyd edərək bu turnirdən yaxşı nəticə ilə dönəcəklərinə ümid etdiyini vurğuladı. Xatırladaq ki, Qara dəniz Kuboku hər il ənənəvi olaraq keçirilən Cənubi Qafqaz Çempionatının əvəzinə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA