Cümə məscidində Ramazan hazırlıqları görülür

img

23-07-2012 [02:38]


İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayının başlaması ilə bağlı hər il olduğu kimi, bu il də İçəri şəhər ?Cümə? məscidində böyük hazırlıq işləri aparılır. İçəri şəhər ?Cümə? məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, iftar süfrələrinin təşkili, imkansız qardaş və bacılarımızın bura dəvət olunması ilə bağlı tədarük görülür: ?Müsəlmanların orucluğun vacib əməllərindən olan fitrə və zəkatın vaxtında ödəməsi və bununla da imkansızlara dayaq olması, onlara bayram sevinci yaşatması vacibdir. Artıq bir neçə ildir ki, icma üzvlərimizin köməyi ilə ramazan ayı ərzində hər gün məsciddə iftar süfrələri təşkil olunur və bu süfrələrin digər yerlərdə də təşkilinə köməklik göstərilir?. Hacı Surxay bu müqəddəs ayda bütün müsəlmanların tutduqları oruc, qıldıqları namazların qəbul olunmasını diləyərək, Uca Tanrıdan ölkəmizə sabitlik, əmin-amanlıq, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasını arzulamışdır. Qoy Allah ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərindən hər birimizə nəsib etsin, orucumuzu, ibadət və dualarımızı qəbul etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA