Partiya sədrinin Prokurorluğa çağrılmasının sirri açıldı

img

23-07-2012 [01:51]


KXCP sədri Mirmahmud Mirəlioğlu və silahdaşlarının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılmasının sirri bəlli olub. Bu barədə mia.az-a daxil olan məlumata görə, Mirmahmud Mirəlioğlu və partiyadaşları - Xəzər Teyyublu ilə Fikrət Cəfərovun adıçəkilən idarənin istintaq şöbəsinə dəvət edilməsi Şirin Cəfərinin sahibi olduğu ?Gündəm-Xəbər? qəzeti ilə bağlı aparılan araşdırmalarla əlaqəlidir: ?Bilirsiniz ki, həmin qəzetlə bağlı istər vergi, istərsə də prokurorluq tərəfindən araşdırma aparılır. Bu gün həmin idarənin müstəntiqi Rəfail Süleymanov M.Mirəlioğlu, onun təşkilat məsələləri üzrə müavini Xəzər Teyyublu və əlaqələr üzrə müavin Fkrət Cəfərovu idarəyə çağırmasının səbəbi budur?. Partiyadan aldığımız məlumata görə, prokurorluq adıçəkilən siyasiləri seçki vaxtı ?Gündəm Xəbər? qəzetinə təbliğatlarına görə göstərdikləri maddi və mənəvi dəstəyə görə sorğu-sual edəcək. Məsələ ilə bağlı Şirin Cəfəridən də münasibət öyrənmək istədik. Amma o, ?Partiya məlumat yayıbsa, mənim danışmağım yaxşı çıxmaz. Onlardan mövqe öyrənin. Çünki məsələ istintaq işidir, mənim buna görə danışmağım düz deyil. Bu, həm də istintaqa təzyiq kimi dəyərləndirilə bilər? ?, - deyə, bildirib. Onu da qeyd edək ki, Ş.Cəfəri, həm də KXCP Ali Məclisinin üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA