Əli insanov mülk qalmaqalından qalib çıxdı

img

22-07-2012 [06:08]


11 il azadlıqdan məhrum edilən və hazırda 13 saylı həbsxanada məhkumluq həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanov Nəsimi rayonu, Füzuli küçəsi yaxınlarında yerləşən mülkünü zəbt edən şirkətlə məhkəmə çəkişməsindən qalib ayrılıb. Mia.az-ın xəbərinə görə, sabiq nazirin həbsdə olmasından sui-istifadə edən ?SKS? Mənzil-Tikinti Kooperativi onun əmlakını qanunsuz yolla ələ keçirib: ?Adıçəkilən şirkət buna görə maddi və mənəvi zərəri ödəmək niyyətində deyil. Onun üçün də şirkət dünyanın heç bir yerində görülməyən formada hərəkət edib. Vəziyyətlə bağlı Əli İnsanov vəkilləri vasitəsiylə Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb, vurulmuş maddi zərərin ödənilməsini tələb edib. Lakin hakim mülkiyyət toxunulmazlığı prinsiplərinə zidd qərar verərək, şirkətin xeyrinə qərar çıxarıb. Ancaq ötən həftə Bakı Apellyasiya Məhkəməsi gözlənilməz qərar verməklə, çoxlarını təəccübləndirib?. Xəbərə görə, Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Xələfov tərəfindən təmin olunub: ?Hakim İlqar Xələfov birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə bərabər, işi yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarıb. Bu isə Əli İnsanovun həbsdə olduğu müddətdə iştirak etdiyi çoxsaylı məhkəmə proseslərində ilk qələbəsidir? Məsələyə nə şirkətdən, nə də Əli İnsanovun yaxınlarından münasibət öyrənə bilmədik. Amma Bakı Apellyasiya Məhkəməsindən fakt təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA