icra bazçısı metodisti tutdurdu

img

22-07-2012 [02:53]


Laçın Rayon Təhsil Şöbəsinin metodisti Müqabil Baxışov rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun qurduğu plana uyğun olaraq həbs olunub. Onu icra başçısı tutdurdu. Bu sözləri bir həftə əvvələ qədər üzləşdiyi haqsızlıqlar və təhdidlərlə bağlı icra başçısından şikayət edən Təhsil Şöbəsinin metodisti Müqabil Baxışovun yaxınları deyib. Onların mia.az-a dediklərinə görə, təxminən 2 ay əvvəl başçı onu ərizə yazaraq işdən getməyə məcbur edib: ?Bundan sonra da ona qarşı təqiblər dayanmadı. Müqabil Baxışov üzləşdiyi haqsızlıqlarla bağlı dəfələrlə prezident İlham Əliyevə, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edirdi. Hətta xahiş edirdi ki, Ramiz Cəbrayılovun korrupsiya əməlləri də araşdırılsın. Sonda isə onu qondarma ittihamla həbs etdilər. Guya o, xuliqanlıq edib. Barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilərək, Bakıya aparılıb?. Xatırladaq ki, hələ bir ay əvvəl mia.az-a müraciət edən M.Baxışov başçı tərəfindən öldürüləcəyindən ehtiyatlandığını iddia edib. Bazar günü olduğundan qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA