?Azərsu? ixtisaslı izçilərin izə qəbulunu elan edir

img

20-07-2012 [03:44]


?Azərsu? Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir. Qurumdan bildirilib ki, bu kateqoriyadan olan işçilər tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına, normativ sənədlərə uyğun olaraq texnoloji ardıcıllıqla və keyfiyyətlə icrasına nəzarət edir, layihə-smeta sənədləri üzrə arayış, çertyoj və hesabatlar hazırlayır. Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili, bu sahədə minimum 3 il iş təcrübəsi olmalıdır. Namizədlər tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, inşaat işlərinin təşkili və planlaşdırılması prinsiplərini, inşaat norma ve qaydalarını, eləcə də texniki şərtləri bilməlidir. Bununla yanaşı namizədlər müvafiq kompyuter biliklərinə (MS Office, İnternet, Outlook. AutoCAD) malik olmalıdır. Maraqlananlar şəxsi məlumatlarını (CV) hr@azersu.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-47-67.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA