Deputat Əsabil Qasımov prokurorlugu ifza etdi

img

19-07-2012 [06:01]


Bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İmişli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, deputat Əsabil Qasımovun doğma xalası oğlu Nazim Xəlilov başda olmaqla, mərkəzin 3 əməkdaşı saxlanılıb. Məlumatda deyilir ki, N.Xəlilovun saxlanılmasının səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməlləri olub. [b]Məsələ ilə bağlı Milli Məclisin üzvü Əsabil Qasımovun mövqeyini öyrənməyə çalışdıq. Hörmətli Əsabil müəllim xalası oğlunun həbsi barədə verdiyimiz sualı aqressiv qarşıladı: ?Mən sizdən soruşuram, atanızın və ya qardaşınızın etdiyi hansısa bir əmələ görə siz məsuliyyət daşıyırsınız??[/b] [b]- Xeyr. Amma mətbuatda ?deputatın xalası oğlu həbs olundu? başlıqlı yazılar getdi...(sözümü kəsir).[/b] - Mən də elə onu deyirəm ki, mətbuat nəyə görə mənim adımı yazmalıdır?! Mən orada işləmirəm axı. Nə yazacaqlar hə?! [b]- Biz sadəcə olaraq, sizin mövqeyinizi öyrənmək istədik.[/b] - Siz niyə mənim mövqeyimi öyrənirsiniz? Dövlətin qanunu var və hər kəs qanun qarşısında cavabdehdir. Düzdürmü? [b]- Bəli.[/b] - Heç kim qohum-əqrəbasına, oğluna, qızına, xalası oğluna görə cavabdehlik daşımır. Birincisi, qəzet yazanda adamın öz adını yazmalıdır. Mənim adımı niyə hallandırmalıdır? İkincisi də, o adını çəkdiyiniz adam niyə həbs olunub ki? Rüşvətə görə? [b]- Xalanız oğlu İmişli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. O, mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməllərində ittiham olunur.[/b] - Mən bildiyimə görə, elə bir fakt təsdiq olunmayıb. [b]- Siz xalanız oğluna qarşı irəli sürülən ittihamı əsassız sayırsınız?[/b] - Mən nə hakim deyiləm, nə də müstəntiq. Mən xalam oğluna görə cavabdehlik daşımıram. [b]- Əsabil müəllim, xalanız oğlunun azadlığa çıxması üçün hansısa bir addım atmağı düşünürsünüz?[/b] - Mən niyə düşünməliyəm ki? Bunu məhkəmə aydınlaşdıracaq, o, təqsirkardır, yoxsa yox. Mənə özümə aid məsələlərlə bağlı sual verin. -[b] Yaxşı. Tez-tez mediada sizə məxsus şirkətlər barədə məlumatlar yazılır. Sizi biznesmen kimi qələmə verirlər...[/b] - Əvvəlcə mənə qulaq asın. Mən biznes işinə 1988-ci ildə başlamışam. Özü də rəsmi şəkildə. Bəli. Mən bizneslə məşğul olmuşam. Bəli. Mənim oğlanlarım da biznesmendir. [b]- Axı, qanun deputatın bizneslə məşğul olmasını qadağan edir.[/b] - Mən indi bizneslə məşğul deyiləm. Deyirəm bir vaxtlar olmuşam. [b]- Ancaq indi də sizin adınıza şirkət olduğuna dair Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının saytında məlumat var. Orada direktor kimi qeydiyyatdan keçmisiniz. Hətta şirkətin ofisindən də təsdiqlədilər ki, siz orada direktor postundasınız. Buna nə deyərdiniz? [/b] - Bu, səhv məlumatdır. Mən heç bir yerdə direktor deyiləm. Həmin şirkətin sahibiyəm. Bu şirkəti də 1993-cü ildə yaratmışam. [b]- Şirkətinizin adı necədir?[/b] - ?Karat Holdinq?. Bunu deputat olmazdan əvvəl yaratmışam. Orada mən direktor deyiləm. Şirkəti rəsmi işlədən, əmək haqqı alan Taleh Qasımovdur. [b]- Rəhbərlik etdiyiniz müəssisələr arasında ?Dimes? meyvə şirələri zavodunun da adı çəkilir. ?Dimes-Qafqaz? şirkəti də sizə məxsusdur?[/b] - O nədir elə? [b]- Meyvə şirələri.[/b] - Mən belə şirkət eşitməmişəm. [b]- Sizin fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olduğunuz deyilir. Hətta nazirin sizinlə taxıl istehsalı sahəsində ?müqaviləsi? olduğu da yayılan məlumatlar sırasındadır.[/b] - Xanım, görün nə deyirəm. Bir az diqqətli olmaq lazımdır. Bir dəfə də qəzetlər yazmışdılar ki, deputat Gürcüstandan ermənilərə mal satır, nə bilim neyləyir. Bunlar yanlış məlumatlardır. Mən heç öz oğlanlarımla müqavilə bağlamıram. [b]- Yəni bu xəbər də yanlışdır?[/b] - Əlbəttə, səhvdir. Məlumatı yoxlayın, sonra yazın da oldu? [b]- Elə biz də dəqiqləşdirmə aparmaq üçün sizə zəng etmişik...[/b] - Bəli. Ona görə də məlumatı dəqiqləşdirib yazmaq lazımdır. Yoxsa qəzet götürüb yazır ki, ?filankəsin qohumu həbs olundu, qəzaya uğradı?. Əşi, bunlardan mənə nə?! İnandırım sizi ki, ailəmin işindən başqa heç kimə görə məsuliyyət daşımaq istəmirəm. Heç kimi fikirləşmirəm("Musavat.com"). Göründüyü kimi, ?Mən xalam oğluna görə cavabdeh deyiləm? deyən deputat istər xalası oğlunun həbsi, istərsə də digər məsələlərlə bağlı çox maraqlı açıqlamalar verib. Məsələnin ən ilginc tərəflərindən biri isə onun xalası oğlunun həbsinə müəmmalı cavab verməsini göstərmək olar. Deputatın açıqlamasından belə qənaətə gəlmək olar ki, Nazim Xəlilovu rüşvət və korrupsiyaya görə deyil, başqa məsələlərə görə həbs ediblər. Elə isə Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsinin rəsmi açıqlaması yalandırmı? Deputat Baş Prokurorluğu ifşa etməklə nə demək istəyib? Bu və ya digər məqamlarla bağlı mia.az olaraq, Baş Prokurorluqla əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA