Əli Abbasov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüzüb

img

19-07-2012 [04:06]


Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı naminə İnsan Resursları Fondunun xətti ilə aparıcı xarici təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Nazirlikdən verilən məlumata görə, Ə.Abbasov belə görüşlərin artıq ənənəvi hal aldığını bildirərək qeyd edib ki, bu format tələbələri yaxından tanımağa, təhsildəki uğurları və problemləri ilə tanış olmağa imkan verir, eləcə də fikir mübadiləsi, müasir gəncliyin ölkədə baş verən proseslərə münasibətini öyrənmək üçün geniş imkanlar açır. Görüşdə Fondun fəaliyyəti haqqında qısa məruzə oxunub, xüsusən də bildirilib ki, ümumilikdə Fond 186 tələbənin xaricdə təhsil almasına maliyyə yardımı edib. Qeyd olunub ki, tələbələr informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə ABŞ, Fransa, İngiltərə, Norveç, Ukrayna və dünyanın digər aparıcı təhsil müəssisələrində təhsil alırlar. Sonra görüş səmimi şəraitdə davam etdirilib, tələbələr göstərilən qayğıya və yaranan bütün problemlərin vaxtında həll edilməsinə görə minnətdarlıqlarını bildiriblər. Əli Abbasov əvvəlki görüşlərdə olduğu kimi, yaranan bütün problemləri təcili yoluna qoymaq barədə tapşırıq verərək tələbələrdən təhsillərinə maksimum diqqət ayırmağı xahiş edib. Görüşün sonunda nazir bir daha hazırkı tələbələrin Azərbaycanın gələcək inkişafında xüsusi yerini vurğulayaraq onları Vətəni layiqincə təmsil etməyə, həmişə ölkənin nüfuzunu artırmaq üçün çalışmağa, bir olmağa, mövcud imkanlardan səmərəli istifadə etməyə səsləyib və bundan sonra da lazımi dəstəyin göstəriləcəyinə söz verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA