Könüllü Hərbi Vətənpərvərlik Texniki idman Cəmiyyəti adını dəyizdi

img

18-07-2012 [07:35]


Azərbaycanın Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) yeni adla Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil edilib. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, prezident İlham Əliyevin 681 saylı 13 iyul 2012-ci il tarixli fərmanına əsasən KHVTİC Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi adı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərəcək. Qeyd edək ki, KHVTİC iyun ayında özünün buraxıldığını elan edib və bu qurumun qurultayında Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ilə birləşmək barədə qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA