Nazirliyin ?Bakinternet?i dövlət qurumlarını iflic edib

img

18-07-2012 [06:52]


Azərbaycan prezidenti İlham Əliyevin ?Elektron hökumət?ə keçidlə bağlı sərəncam və tapşırıqlarından sonra bütün dövlət qurumlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzarətində olan ?Bakinternet? pravayderinə qoşulmalarına məcbur edilməsi, hazırda həmin dövlət təşkilatlarının fəaliyyətini iflic duruma salıb. Bu barədə mia.az-a Dövlət Statistika Komitəsinin Bakı şöbələrindən məlumat daxil olub. Məlumatda bildirilir ki, hesabat ayı olduğundan internetə ehtiyacları xeyli yüksəlib: ?Amma son 10 gündür demək olar ki, internetə girə bilmirik. ?Bakinternet?dən və ATS-dən bunu pik saatları ilə əlaqələndirirlər. Amma bu, belə deyil. Məsələ budur ki, biz günün müxtəlif vaxtlarında internetə girib, işlərimizi görə bilmirik. ?Bakinternet? keyfiyyətli xidmət göstərə bilmir. Bunu ATS işçiləri də gizlətmirlər. Bu üzdən biz də çətin vəziyyətə düşmüşük?. Məlumatda bildirilir ki, Komitə rəhbərliyi onları başqa bir pravayderlə müqailə bağlamağa da imkan vermir: ?Bu məsələdə Nəsimi Rayon Statistika İdarəsi cəld tərpənib. Həmin idarə rəhbərlikdən icazə almadan, rəsmi şəkildə ?Bakinternet?dən imtina edərək, başqa pravayderlə müqavilə bağlayıb. Düzdür, buna görə idarə rəisini bir az tənbeh etdilər. Amma sonra gördülər ki, onlar işlərinin keyfiyyətini və surətini artırıblar, susdular. Bizə isə belə bir imkan tanınmır. Artıq hesabatların təqdim olunmasına 2 gün qalıb, biz isə internetdən istifadə edə bilmirik. İşimiz iflic olub?. İş vaxtı bitdiyindən məsələyə qarşı tərəflərdən rəsmi münasibət öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA