imizli bələdiyyəsinə qarzı sərt etiraz

img

18-07-2012 [05:16]


İmişli rayon bələdiyyəsindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi müraciət edilməklə bərabər, həmin bələdiyyənin sədri Fərman Vəliyevə qarşı sərt etiraza start verilir. Bunu mia.az-a AXCP üzvü, evinin damına şüarlar vuraraq etirazlar keçirməklə tanınan Musa Rahim deyib. Onun sözlərinə görə, rayon bələdiyyəsinin sədri Fərman Vəliyev işlədiyi müddətdə yalnız pullu və vəzifə sahiblərinin maraqlarına xidmət edib. Kasıb təbəqənin müraciətləri isə onun üçün heç vaxt həllediləsi məsələ olmayıb: ?Ona görə də ona, Baş prokurorluq yanında Korrupsiya qarşı mübarizə idarəsinin rəisi, cənab Kamran Əliyevə rəsmi müraciət etmişəm. Müraciətimdə yazmışam ki, Vəliyev, uzun illərdir ki, İmişli rayon bələdiyyəsinin sədri vəzifəsini icra edirsiz. Məndə olan dəqiq məlumatlara görə, 6 il müddət ərzində Siz vəzifə səlahiyyətlərindən istifadə edərək ailə üzvülərinizə, yaxın ətrafınıza, bələdiyyə üzvülərinizə və onların yaxınlarına nəhayyət maddi cəhətdən imkanlı şəxslərə İmişli torpaqlarını dədə malı kimi hesab edib satmaqdan belə çəkinməmisiniz. Bir çox İmişli vətəndaşı kimi, məndə kiçik sahibkarlıqla məşqul olmaq üçün ərizəylə müraciətlər edib, rayonun müxtəlif ünvanlarından torpaq sahəsinin ayrılmasını xahiş etsəm də bu gündə müraciətlərim öz qanuni həllini tapmır. Cənab Vəliyev, heç bir qanunçuluğa məhəl qoymadan İmişlinin torpaqlarını dədə malı kimi mənimsəməniz, ya sizin özbaşnalığınızdan ya da sizi himayyə edən kəsə əminliyinizdən irəli gəlir. Əgər bu belə olmasaydı, siz Prezident İlham Əliyevin 2007 ?ci ildə imzaladığı məlum fərmanından sonra bu qədər cinayyət xarakterli əməllər törətməkdən çəkinərdiniz. Sizin bu günə qədər törətdiyiniz əməllərin araşdırılmasını və həmin əməllərinizə hüquqi qiymət verilməsini ölkənin bütün adiatlı orqanlarından tələb edirəm. Əks təqdirdə bu məsələlərlə bağlı növbəti şüarlarımda ölkə başçısı İlham Əliyevə çağrış etmək məcburiyyətində qalacam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA