Bahar Muradova nazir-TQDK qarzıdurmasından danızdı

img

18-07-2012 [04:55]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyi arasındakı qarşıdurmaya parlamentin vitse-spikeri Bahar Muradova da münasibətini açıqlayıb. Xanım Muradova TQDK və Təhsil Nazirliyi arasındakı söhbətlərin daha çox media tərəfindən süni şəkildə şişirdildiyini deyib: ?Bu məsələ yalnız mətbuatda geniş müzakirə olunur. Onlar bunu süni şəkildə şişirdirlər?. Bu arada Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev də ?Yeni Müsavat?a məsələ ilə bağlı danışıb. O, ?Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi öz işləri ilə məşğuldur. Mən onların arasında hər hansı konfliktin olduğunu hiss etmirəm?, - deyərək, bu mövzuda danışmaqda o qədər də maraqlı olmadığını bildirib: ?Bu məsələ haqqında o qədər də danışmaq istəməzdim. Lakin bunun digər tərəfdən stabil cəhəti də var. Bu gün elmsiz, təhsilsiz heç bir cəmiyyət və dövlət öz gələcəyini təsəvvür edə bilməz. Bu mübahisələr rəqabət qabiliyyətindən və davamlı inkişafdan baş verən bir haldır. Məsələ belədir ki, təhsil, elm cəmiyyətin bütün zümrələrini maraqlandıran, tam sosial məsələdir. Bir tərəfdən funksional, digər tərəfdən strateji əhəmiyyəti var. Bu mənada təbii ki, fikir ayrılığı, diskussiya olmalıdır və nəticədə ən optimal variant seçilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA