Komitə ilə ?Bakı Poladtökmə? arasındakı qarzıdurmanın növbəti raundu bazladı

img

18-07-2012 [04:16]


Qalmaqallı hadisələrlə adı gündəmdən düşməyən ?Bakı Poladtökmə? ASC ilə Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında məhkəmə çəkişməsinin növbəti ?raund?u başlayıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsinlən mia.az-a daxil olan məlumatda bildirilir ki, təxminən 5 ay əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ?Bakı Poladtökmə? ASC-yə qarşı inzibati qaydada akt tərtib edib, zavodu standartlara uyğun olmayan məhsullar istehsal etdiyi üçün cərimələyib: ?Zavod rəhbərliyi komitənin bu qərarını ləğv etdirmək üçün Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb, həmin aktın etibarsız hesab edilməsini tələb edib. Maraqlıdır ki, arxasında yüksək çinli məmurların durduğu zavodun iddia tələbi Nəsimi Rayon Məhkəməsi tərəfindən əsassız sayılıb. Amma zavodun yeni sahibləri qətnamədən apellyasiya şikayəti verib?. Xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində artıq tərəflər arasındakı mübahisənin araşdırılmasına start verilib: ?Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə ?Bakı Poladtökmə? ASC-nin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı apellyasiya şikayətinə iyulun 20-də baxılacaq?. Məsələyə tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Xatırladaq ki, sözügedən zavodun bir vaxtlar ölkədə məşhur iş adamları sayılan Zülfüqarlı qardaşlarına məxsus olub. Lakin sonradan qardaşlarla yüksək çinli məmurlar arasında narazılıq şiddətlənib və adıçəkilənlər ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bundan sonra isə zavod başqa adamların sərəncamına verilib. Hazırda həmin qalmaqallarla bağlı məhkəmə çəkişmələri də davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA