Korrupsiyaya Qarzı Mübarizə idarəsi hesabatını açıqlayıb

img

18-07-2012 [11:36]


2012-ci ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanıb. Hesabat dövründə ümumilikdə idarə tərəfindən vətəndaşların 1328 müraciətinə baxılıb. Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, daxil olmuş 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb. Onlardan 61-i və ya 55,45 %-i üzrə müxtəlif maddələrlə cinayət işləri başlanıb. Vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi istiqamətində korrupsiya halları ilə üzləşmiş vətəndaşlara Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədi ilə fəaliyyətə başlamış ?161 Qaynar xətt? əlaqə mərkəzinə hesabat dövrü ərzində 2624 müraciət daxil olub. İdarə tərəfindən vətəndaşların müraciətləri diqqətlə, qayğı ilə araşdırılaraq onların pozulmuş hüquqları bərpa edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, hüquqi və fiziki şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. ?Qaynar xətt? əlaqə mərkəznə daxl olmuş müraciətlərin bir qismi nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə, təşkilatlara və aidiyyatı rayon (şəhər) prokurorluqlarına göndərilməklə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi və cavabların alınması təmin edilib. Görülmüş tədbirlər nəticəsində 1000-dən artıq müraciət müəllifinin ərizə, şikayət və müraciətinin müsbət həll olunması təmin edilib, qabaqlayıcı tədbirlər həyata keçirilib və 20 müraciət üzrə cinayət işləri başlanıb. Eyni zamanda, ?Qaynar xətt? əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib. İdarə rəhbərinin sözlərinə görə, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olub, onların 36-sı vətəndaşların yazılı ərizələri olub.#305;lmas

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA