Məzhur qanuni oğru Bakıda tutuldu

img

18-07-2012 [10:51]


Bakıda gürcü kriminal avtoritet həbs edilib. Koba Qruzinski ləqəbi ilə məşhur olan Koba Kvaxadze mənzillərin qarət edilməsində ittiham edilir. Bundan başqa, yoxlamalar zamanı K.Kvaxadzenin üzərindən heroin aşkar edilib. Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Koba Kvaxadze 2011-ci ildən Azərbaycanda axtarışda idi. Məlumata görə, həbs edilən cinayətkar artıq 20 oğurluğu etiraf edib. Onun əsas qənimətləri isə qızıl əşyaları və ümumi məbləği 10 min manatdan artıq pul olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA