Yaralı əsgərimizdən hələ də xəbər yoxdur

img

18-07-2012 [12:45]


Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində açdığı atəş nəticəsində yaralanan Milli Ordumuzun hərbi qulluqçusu Elçin Orucovun axtarışları bu saatadək nəticə verməyib. Yaralı olduğu ehtimal edilən hərbi qulluqçu Elçin Orucovun itkin düşməsindən iki gün keçsə də, hələ ki, hərbçidən bir xəbər yoxdur. Tovuz rayonunun Qaralar kəndi istiqamətində qulluq edən Elçin Orucov 6 aydır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. Yaxınlıqda yaşayan kənd sakinləri məhz həmin gecə intensiv atəş səslərini eşitdiklərini deyirlər. Hərbi mənbələrdən ANS-ə verilən məlumata görə, Elçin Orucovun yaralandığı ehtimal olunan neytral ərazi bir neçə dəfə yoxlanılsa da, onu tapmaq mümkün olmayıb. Hərbi mənbələrin daha bir xəbəri isə Elçin Orucov yaralandıqdan sonra havaya bir necə dəfə xəbərdaredici atəş açmasıdır. Bu atəş səsindən sonra Elçin qışqıraraq yaralı olduğunu və kömək istədiyini bildirib. Çox keçməyib ki, həmin səs kəsilib. Hazırda cəbhə zonasında Elçin Orucovun xəbərini gözləyən yaxınları da övladlarını yaralı olduğu anda ailəsi ilə telefon əlaqəsi saxladığını bildirirlər. Müdafiə Nazirliyi isə Elçin Orucovun yaxınları ilə əlaqəsindən xəbərsiz olduğunu bidirsələr də, axtarışların davam etdiyini bəyan edir. anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA