Məleykə Abbaszadənin səlahiyyətləri artırıldı

img

17-07-2012 [11:04]


Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb. MIA prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və ?rta i?tisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planının elan edilməsi və onun əsasında sənəd qəbulunu təşkil edilməsi TQDK-ya həvalə olunub. Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA