Qüdrət Həsənquliyev Elçibəyin zəhərlənməsi barədə xəbərsiz olub

img

17-07-2012 [04:20]


Mətbuat orqanlarinin birində belə bir iddia ortaya atılıb ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycan xalq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə məlumatı olub. BAXCP Mətbuat Xidməti bu məlumata aydınlıq gətirmək üçün Qüdrət Həsənquliyevə müraciət edib. BAXCP sədri bildirib ki, ümumiyyətlə Türkiyəyə yola salınanan qədər Əbülfəz Elçibəyin xəstəliyi barədə onda heç bir məlumat olmayıb. Qüdrət Həsənqilyev bildirib ki, o vaxta qədər Əbülfəz Elçibəy bağ evində qalırdı və eks-prezidentlə heç bir görüşü olmayıb: ?Yalnız Elçibəy Türkiyəyə yola salınanda onun xəstə olduğunu bilmişəm. Çox təəssüf ki, Türkiyədə xəstəxanada olanda da onunla hər hansı görüşüm və xəstəliyi ilə bağli söhbətim olmayıb?. Qüdrət Həsənquliyev qeyd edib ki, Elçibəyin səhhəti barədə yalnız onunla görüşən şəxslər tərəfindən partiya üzvlərinə və ictimaiyyətə mütəmadi məlumat verilirdi: ?Nə dünyasını dəyişənə qədər Əbülfəz bəylə görüşən adamlarla onun zəhərlənməsi ilə bağlı söhbətim olmayıb. Nə də həmin ərəfədə partiya rəhbərliyində təmsil olunan şəxslərdən onun zəhərlənməsi barədə heç bir məlumat eşitməmişəm. Ona görə də Əbülfəz bəyin zəhərlənməsi ilə bağlı guya mənim məlumatlı olmağım barədə deyilənlər həqiqəti əks etdirmir. Əgər məndə belə bir məlumat olsaydı, bu barədə çoxdan ictimaiyyəti məlumatlandırardım və müvafiq orqanlara müraciət edərdim?. #601; bir m

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA